"Səni bağışladım uşaqlığına.." | Maraqlı sevgi şeiri

 

Mən özüm ərköyün öyrətdim səni
İndi dözəm gərək şıltaqlığına.
Mənim saflığıma qurban olasan,
Səni bağışladım uşaqlığına.

 

Nə var tellərinə sığal çəkməyə,
Sənin əllərindən tutmağa nə var?!
Mənim məhəbbətim səndən böyükdür,
Bir qızın könlünə yatmağa nə var?!

Mənim məhəbbətim səndən böyükdür,
Mənim məhəbbətim sənnən toxtamaz -
Keçər, o dünyanın bağrından keçər.
Ucuz düşərsən ha, işdi — günahdı,
Birdən məni sevmək ağlından keçər.

 

Ahıl yaşamışam cavan ömrümü,
Qınama qəlbimdən cavanlıq keçər.
Sevgidən yetiməm, sevincdən acam,
Könlümdən bir tikə yavanlıq keçər.

 

Sən məndən yüz ağac uzaq ol, uzaq,
Mən sənə boy verim, boyumu tut get.
Getdi mənim sənnən toy çaldırmağım,
Mənə bir baxış çal, toyumu tut get.

 

Mən özüm ərköyün öyrətdim seni,
İndi dözəm gərək şıltaqlığına.
Səni saflığına qurban olasan.
Səni bağışladım uşaqlığına.

«Səni bağışladım uşaqlığına..» şeiri
Həjar Şamiloğlu
"Səni bağışladım uşaqlığına.." | Maraqlı sevgi şeiri sevgiye aid seir

 

0 şərh